Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sosial kirayə mənzillər bahadır - Bu ekspertlərin yekdil qərarıdır...  

Sosial layihə kimi təqdim edilən kirayə mənzillərin bu qədər baha olmasını dələduzluq kimi dəyərləndirmək olarmı?...

İqtisadçı: “Azərbaycanda təqdim edilən sosial kirayə mənzillər sosial layihə deyil, kommersiya layihəsidir. Həmin kommersiya layihəsi müxtəlif qurumların menecerləri tərəfindən öz şəxsi bizneslərinin inkişafı üçün düşünülmüş variantdır”.

“Əgər bu mənzillərin tikilməsi üçün dövlət vəsaiti xərclənibsə, vergi ödəyicilərin vəsaiti hesabına toplanıbsa, həmin mənzillərin kommersiya qiymətləri ilə verilməsi, hətta bazar qiymətlərindən baha verilməsi düzgün deyil”.

Bu sözləri iqtisadçı Nazim Bəydəmirli İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təqdim edilən sosial kirayə mənzillərin qiymətinin baha olma səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

“Kirayə evlər” layihəsi ətrafında müzakirələr davam edir və bu sosial layihə ətrafında narazılıqlar böyüyür.

Xəbər verdiyimiz kimi, 22 yanvar 2020-ci il tarixində başlayaraq mənzilləri satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi çərçivəsində elektron müraciətlərə başlanıb. Diqqət çəkən məsələlərdən biri və birincisi mənzillərin qiyməti ilə bağlıdır. Baxmayaraq ki, İpoteka və Kredit Zəmanət Fondunun yaydığı məlumatda bildirilir ki, qiymətlər baha deyil, hətta aşağıdır və hər kəs üçün əlçatandır, qurumun yayımladığı qiymətlərə baxdıqda görürük ki, “kirayə evlər” real bazar qiymətlərindən 2-3 dəfə yüksəkdir.

Ekspertlər də qiymətlərin yÜksək olduğunu vurğulayaraq Bakıda hər kvadratmetrin 2100 manatdan baha başa gəldiyini qeyd edirlər. Bu isə doğrudan da çox bahadır. Qeyd edək ki, Bakıda mənzil üçün aylıq ödəniş 411 manatdan, Xırdalanda 333 manatdan, Sumqayıtda isə 297 manatdan başlayır və bu qiymətlər onu göstərir ki, şərtlər çətin olduğu üçün aztəminatlı ailələr layihədən faydalana bilməyəcəklər.

Hətta, bü cür mənzilləri 8%-lik adi ipoteka krediti ilə aldığız zaman belə yekun ödəniş kirayə mənzillər üçün ödəniləcək məbləğdən az olacaq.

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı Nazim Bəydəmirli ilə müzakirə edib.

Nazim Bəydəmirli: “Sosial mənzil anlayışına yenidən baxılmalıdır və hökumət bu barədə düşünməlidir”.

İndi söhbət gedən mənzillərin sosial kirayə mənzillər deyil ipotekanın bir növü olduğunu vurğulayan iqtisadçı PİA.az-a açılamasında bildirib ki, sosial kirayə mənzillərin qiyməti ucuz olmalıdır və onlar satılmamalıdır:

“Əvvəla onu qeyd edim ki, sosial mənzillər anlayışı 2009-cu ildə mənzil məcəlləsinə salınıb. O zaman mən işçi qrupunun rəhbəri olmuşam.

Sosial kirayə deyilən mənzillər isə dövlət və bələdiyyə tərəfindən tikilir və satılmamaq şərti ilə ehtiyacı olan vətəndaşlara verilir. Sosial kirayə mənzillərin qiyməti həmin mənzillərin saxlanılması üçün kommunal xidmətlərindən cuzi fərqlənməlidir. Yəni 3 otaqlı mənzilin kommunal xərcləri 30-40 manat civarında olur. Həmçinin də mənzilin sahibi dövlətdir və dövlət həmin mənzilin rentabelin təmin etmək üçün mənzili kirayə verə bilər. Bu kirayə haqqı da maksimum 80-100 manat ola bilər. Sosial kirayə haqqı budur.

Amma Azərbaycanda təqdim edilən sosial kirayə mənzillər sosial layihə deyil kommersiya layihəsidir. Həmin kommersiya layihəsi müxtəlif qurumların menecerləri tərəfindən öz şəxsi bizneslərinin inkişafı üçün düşünülmüş variantdır.

Nazim Bəydəmirli: “Sosial kirayə mənzillərin qiyməti həmin mənzillərin saxlanılması üçün kommunal xidmətlərindən cuzi fərqlənməlidir”.

Bizim klassik anlamda dediyimiz sosial kirayə mənzillərin qiyməti ucuz olmalıdır və onlar satılmamalıdır. İndi söhbət gedən mənzillər isə sosial kirayə mənzillər deyil ipotekanın bir növüdür.

Bir daha təkrar edim ki, əgər bu mənzillərin tikilməsi üçün dövlət vəsaiti xərclənibsə, vergi ödəyicilərin vəsaiti hesabına toplanıbsa, həmin mənzillərin kommersiya qiymətləri ilə verilməsi, hətta bazar qiymətlərindən baha verilməsi düzgün deyil.

Hesab edirəm ki, sosial mənzil anlayışına yenidən baxılmalıdır və hökumət bu barədə düşünməlidir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay